UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən “Kəpəz” – “Daçiya” (0:0) oyunundan sonra iki günlük istirahətə buraxılan Gəncə klubunun üzvləri sabah məşqləri bərpa edəcək. Futbolinfo.az xəbər verir ki, komanda cavab görüşünə hazırlığı Bakıda keçəcək.
“Sarı-göylər” gündə bir dəfə məşq edəcək. Sabahkı hazırlıq prosesi saat 11:00-da başlayacaq.