"Qəbələ" – "Samtredia" görüşündə qonaqlara texniki məğlubiyyət verilə bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb Gürcüstan təmsilçisinin heyətində protokolda göstərilən 3 nömrəli futbolçu Cemal Qoqiaşvilinin start heyətində 18 nömrəli maykayla çıxmasıdı.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Samtredia"nı qəbul edən "Qəbələ"nin bu hadisəyə görə texniki qələbə alıb-almayacağı sual altında olsa da, qeyd edək ki, qonşu ölkənin təmsilçisi fasiləyədək qapısında 3 cavabsız qol görüb. Texniki məğlubiyyət veriləcəyi təqdirdə də 3:0 hesabı qeydə alınacaq. Maraqlıdı ki, qarşıda hələ 45 dəqiqə var və "Qəbələ" daha iri hesablı qələbə qazana bilər.
Bütün hallarda dünya şöhrətli Kaxa Kaladzenin atasının fəxri prezient olduğu klub biabırçı səhvə yol verib. Yalnız fasilədə bu olaydan xəbər tutan hakim və "Samtredia" Qoqiaşvilinin maykasını dəyişdiriblər.