Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qəbələ"dən alınan 1:5 hesablı məğlubiyyətdən sonra "Samtredia"nın baş məşqçisi Giya Tsetsadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, Gürcüstan təmsilçisinin çalışdırıcısı öncə bunları dilə gətirib:

– "Qəbələ"ni təbrik edirəm. Onlar layiqli qələbə qazandı. Oyunu təhlil edib, cavab qarşılaşmasında daha yaxşı nəticə qazanmaq istəyirik.

– Bura daxil olan kimi suya əl atdınız. Bu, hesabdan qaynaqlanır, yoxsa havanın hərarətindən?
– Hava olduqca istidi.

– Cemal Qoqiaşvili ilk 45 dəqiqəni 3 yox, 18 nömrəli maykayla oynadı. Texniki məğlubiyyət almaq üçün özünüz UEFA-ya müraciət etmək niyyətində deyilsiz? Axı, 1:5-ə baxdıqda, 0:3 daha münasib nəticədi. 
– Bu, texniki personalın səhvi idi. Amma bu sualı verdiyinə görə sizə təşəkkürümü bildirirəm.

CEYHUN ƏLİYEV

Shares: