"Neftçi”nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın "Baltsan” klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesablı səfər qələbəsindən sonra bunları söyləyib:
"Topa nəzarət daha çox bizim komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq. Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.