“Qəbələ”nin futbolçusu Teo Uiks tarixə düşüb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, liberiyalı yarımmüdafiəçi 2016/17 mövsümünün ilk het-trikinin müəllifi olub.
 
Belə ki, I təsnifat mərhələsinin 52 qarşılaşmasında yalnız Teo 3 qol vurmağı bacarıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 48 qarşılaşmasında belə məhsuldarlıq göstərən ikinci futbolçu olmayıb.
 
Gürcüstanın “Samtredia” klubunun qapısından 3 qol keçirməklə 5:1 hesablı qələbədə pay sahibi olan Uiks həm də Avropa Liqasının bombardirləri siyahısına başçılıq edir.

 
Shares: