Ötən mövsüm AZAL-ın ən etibarlı isimlərindən biri – Stanislav Namaşko növbəti çempionatda da “təyyarəçilər”in uğurları üçün tər tökəcək. Futbolinfo.az xəbər verir ki, moldovalı əlcək sahibi ilə 1 illik müqavilə imzalanacaq.
30 yaşlı əlcək sahibinin bu gün Bakıya gələcəyi gözlənilir. Onunla həftəsonunadək müqavilə imzalanacaq.
Qeyd edək ki, ötən mövsüm Namaşko 36 oyuna 38 dəfə qapısında qol görüb.