“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun işsiz günləri davam edir. PRO lisenziyalı məşqçinin bir müddət öncə İran çempionatında çalışacağı gündəmə gəlsə də, bu iş alınmadı.

Futbolinfo.az saytına daxil olan məlumata görə, Arif Əsədov Azərbaycan çempionatının I divizionunda fəaliyyət göstərə bilər. Belə ki, Əsədov qarşısına məqsədlər qoymuş, hədəfi Premyer Liqaya yüksəlmək olan komandalardan birinə rəhbərlik etməyə yaxındır və bununla bağlı danışıqlar gedir. Gələn xəbərlər arasında Əsədovun bölgə klublarının birində işləmək ehtimalının yüksək olduğu da var.

Qeyd edək ki, “Neftçi”nin həm əvəzedici, həm də əsas heyətini Azərbaycan çempionu etmiş Arif Əsədov futbolçu kimi SSRİ yığmasının heyətində Avropa və dünya çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp