Almaniyanın “Ayntraxt” klubundan ayrıldıqdan sonra işsiz qalan Emil Balayev hazırda fərdi məşqlərlə kifayətlənir. Diz əməliyyatından sonra bərpa prosesini uğurla başa vuran gənc qapıçı hazırda tam gücü ilə məşq edə bilir.

Bizdə olan məlumata görə, Emilin yenidən legioner həyatı yaşamaq ehtimalı yaransa da, qolkiperin alman meneceri bundan imtina edib. Norveç çempionatının yüksək liqasında mübarizə aparan bir klub Emilin xidmətində maraqlı olsa da, təklif olunan maliyyə çox cüzi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp