“Liverpul” klubu qapıçı transfer edib. Futbolinfo.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi Avstriya  millisinin üzvü Aleks Mannigeri heyətinə qatıb.

Karyerası ərzində “Arsenal”, “Fiorentina”, “Udineze” və “Yuventus” kimi klubların formasını geyinən 39 yaşlı qolkiperin son iş yeri Almaniya “Auqsburq”u olub.  O, azad agent qismində “Liverpul”a gəlib.

Qeyd edək ki, “Liverpul” 2 gün öncə son mövsüm “Auqsburq”da forma geyinən 30 yaşlı estoniyalı müdafiəçi Raqnaq Klavanla 3 illik müqavilə bağlamışdı.

Shares: