Premyer Liqanın növbəti mövsümü üçün demək olar ki, bütün suallara aydınlıq gətirilib. Püşkü 26 iyulda atılacaq liqada 8 komanda mübarizə aparacaq və yarış həmişə olduğu kimi, avqustun ilk həftəsində start götürəcək.
Eyni sözləri I divizionla bağlı demək olmur. Belə ki, aşağı dəstədə suallar hələ də açıq qalıb. Amma əldə etdiyimiz məlumata görə, bu birincilikdə minimum 12 komandanın iştirakı gözlənilir.
Qeyd edək ki, 2015/2016-cı illər mövsümündə Azərbaycan çempionatının I divizionu 14 komandanın iştirakı ilə baş tutub.