“Bu, mənim üçün böyük şərəfdi. Təyantım barədə öyrənəndə hətta bir qədər təəcüblənim də. Hər bir hakim oyundan oyuna inkişaf etmək istəyir, mən də sitisna deyiləm.Turnirin əvvəlində qarşıma məqsəd qoymuşdum ki, finala təyinat alım və belə bir imkan əldə etdiyim üçün çox sevinirəm”. Futbolinfo.az saytı xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib.
Qitə futbol qurumu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu Ağayevə tapşırmaqla, ona böyük etimad göstərib. Onun bu cür önəmli matça baş hakim təyin olunması ölkəmiz üçün də tarixi hadisədi.
Əliyar özü də təyinatın nə dərəcədə önəmli olmasına diqqət çəkib: “Bu, Azərbaycanın hakimlik məktəbi üçün böyük nailiyyətdi. Buna görə öz ailəmə və rəisimə təşəkkür edirəm, çox sağ olsunlar. Bu gözəl turnir və gözəl ölkə idi. Təşkilatçılıq sadəcə, möhtəşəmdi. Almaniya futbol ölkəsidi və oyunlar da yüksək səviiyəli stadionlarda keçirildi. Böyük publika qarşısında işləmək referilərə xoşdu. Mən çox şey öyrənmişəm. Hakimlərə nəzarət edən şəxslər böyük təcürbəyə malikdirlər, bizə faydalı məsləhətlər verirlər. Nəsə sual yarananda, onlar hər zaman kömək etməyə hazırdırlar. Bu, hakimlər üçün çox vacibdi. Turnir ərəfəsində çox adamla məslhətləşmişəm. Çünki qarşımda yeni səviyyəyə çıxmaq vardı. Oyunları yaxşı idarə etmək üçün əlimdən gələni etdim. Final mənim üçün mühüm, lakin ümid edirım ki, sonuncu sınaq olmayacaq. Məqsədim – hər oyunda inkişaf etmək və gələcəkdə daha önəmli matçlara təyinat alacağıma ümid etməkdi”.
Qeyd edək ki, Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.