Xəbər verdiyimiz kimi, bu gün “İnter” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Elazığspor”la yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, bakılıların baş məşqçisi Zaur Svanadze qolsuz bitən matç barədə fikirlərini bölüşüb:
“Uşaqlar normal oynadılar, mübarizə apardılar. Birinci hissədə çox yaxşı təsir bağışladılar. Qol vəziyyətlərimiz də oldu. Müdafiəçilər çox yaxşı, dəqiq oynadılar. Ona görə də, bu oyunun pozitiv alındığını hesab etmək olar. Növbəti oyun Gürcüstanın “Kolheti Poti” komandasıyla olacaq. Sonra mövsümün startına hazırlaşmağa başlayacağıq”.