"Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalıb.
 
Futbolinfo.az saytı xəbər verir ki, hakerlər şirkətin saytında "I love the Caliphate State Islamic country" şüarını və təhdid dolu mətn yerləşdirib.
 
Bundan başqa, saytda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib.
 
Qeyd edək ki, "Rəvan Sığorta" ASC "Nurgün" Şirkətlər Qrupunun tabeliyində fəaliyyət göstərir. “Nurgün” Şirkətlər Qrupu həm də “Rəvan” Futbol Klubunun sponsorudu. 
 
Mənbə: APA-Economics
***

"Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsinin özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalması ilə əlaqədar “Nurgün” Şirkətlər Qrupu rəsmi “Facebook” səhifəsi vasitəsi ilə bəyanat yayıb. Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Bu gün səhər saatlarında İslam Dövləti terrorist təşkilatına aid haker qrupu Nurgün Holdinqə aid olan internet saytlarına hücum edib. Nəticədə holdinqə aid nissan.az, kyoto.az, revansigorta.az, dongfeng.az saytları fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Hazırda hücumun fəsadlarını aradan qaldırmaq istiqamətində zəruri addımlar atılır".

Shares: