“Boavişta”ya keçdiyim üçün şadam”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Rusiya vətəndaşı olan azərbaycanlı futbolçu Emin Mahmudov deyib.
Saatlı rayonunda doğulan, lakin sonradan ailəsi ilə birgə Rusiyaya köçən Mahmudov “Boavişta” klubuna keçidi barədə danışıb. Portuqaliya təmsilçisi ilə 2 illik müqavilə bağlayan soydaşımız arzusuna çatdığını ifadə edib: “Rusiya Premyer Liqasında mübarizə aparan bir neçə klubdan da təkliflər vardı. Lakin “Boavişta”nın marağını öyrənincə, dərhal keçidə razı oldum. Həmişə Avropanın yaxşı çempionatlarından birində oynamaq istəyirdim. Belə bir şans peyda olan kimi, başa düşdüm ki, fürsəti əldən vermək olmaz, getmək lazımdı. Keçidimə mane olmadıqlarına görə “Krılya Sovetov”a təşəkkür edirəm”.
Qeyd edək ki, Moskva "Spartak"ının sabiq futbolçusu olan Mahmudov "Krılya Sovetova" transfer olunmuş, son mövsümü isə icarə əsasında"Mordoviya" klubunda keçirmişdi.