Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov karyerasını ölkə xaricində davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, bu yay “Sumqayıt”la vidalaşan 30 yaşlı mərkəz müdafiəçisi “Kolxeti” klubu ilə müqavilə bağlayıb.
Gürcüstan təmsilçisinin rəsmi "Facebook" səhifəsində yer alan məlumata görə, Ramaldanov 1 illik sözləşməyə imza atıb.