Futbol üzrə Azərbaycan milli komandasının üzvü Pavel Paşayev Ukrayna vətəndaşıdı. Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna Premyer Liqasının direktoru Yevqeni Dikiy çıxış edib.
Dikiy bir müddət öncə “Qəbələ”dən ayrılaraq, Ukraynanın “Stal” klubuna transfer olunan Paşayevin qeydiyyat üçün onlara Ukrayna pasportu təqdim etdiyini açıqlayıb: “Əvvələr də elə futbolçular olub ki, Ukrayna vətəndaşı olduqları halda, legioner sayılıblar. Bunlar Özbəkistan millisində çıxış edən Maksim Şatskix və serb Vladimir Dişlenkoviç idi, hansı ki, “Ukrayna, legioner” formasında qeydiyyata alınmışdılar. Bu isə o demədkir ki, futbolçu Ukrayna vətəndaşıdı, amma Ukrayna millisinin formasını geyinə bilməz. Paşayevlə Kadimyan pasporta əsasən ukraynalıdılar, amma onlara Ukrayna millisində çıxış etmək qadağandı. Çünki onlar müvafiq olaraq, Azərbaycan və Ermənistan yığmalarının heyətində rəsmi oyun keçiriblər. İkili vətəndaşlıq? Biz oyunçuları onların sənədlərinə əsasən sifariş edirik. Sənədə görə Paşayevlə Kadimyan ukraynalıdılar”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir (18-ci maddə). Yəni, ölkəmizdə ikili vətəndaşlıq rəsmi olaraq qadağandı. Belə olan halda, AFFA-nın Ukrayna vətəndaşı olan Paşayevi hansı əsasla milli komandaya cəlb etməsi maraq doğurur…