“Zirə” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Bolu hazırlığının 3-cü günündə komanda iki dəfə məşq edib. Səhər məşqində “qartallar” əsasən dözümlülük üzərində çalışıb.
Axşam məşqi bir qədər fərqli olub. Baş məşqçi Adil Şükürov taktiki-texniki çalışmalara üstünlük verib. Sonda isə ikitərəfli oyun keçirilib.
“Qartallar” bu gün istirahət edəcək. Sabah isə "Zirə" Türkiyədəki ilk yoxlama oyunundan öncə son məşqini keçirəcək.