UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” matçını idarə edəcək referilərin kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, matçı makedoniyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada əsas söz sahibi Aleksandr Stavrev olacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.
Matçın hakim-inspektoru uelsli Raymond Ellingem, UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanu olacaq.
Qeyd edək ki, sözügedən görüş iyulun 26-da keçiriləcək və Bakı vaxtı ilə 22:15-də start götürəcək.