UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Çexiyanın “Viktoriya” klubunun qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, artıq ağdamlıların Plzenə səfər planı da bəllidi.

Onlar iyulun 25-də, günorta saatlarında sözügedən ölkəyə yola düşəcək. “Atlılar” çarter reysi ilə hərəkət edəcək. Komanda vətənə 1 gün sonra, matç başa çatandan sonra qayıdacaq. 

Qeyd edək ki, sözügedən görüş iyulun 26-da keçiriləcək və Bakı vaxtı ilə 22:15-də start götürəcək.

Shares: