Azərbaycan millisinin futbolçusu Toğrul Eratın komandası “Duysburq” yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, rəqib Mönxenqladbax “Borussiya”sının U-23 komandası olub.

Oyun “Duysburq”un böyükhesablı qələbəsi ilə başa çatıb. Belə ki, Erat və komanda yoldaşları bu görüşdə 7:0 hesablı qələbə qazanıblar.
 
Start heyətində yer alan Toğrul 66 dəqiqə meydanda olub.

Shares: