İngiltərə çempionatının növbəti mövsümdə daha iddialı olmağı planlaşdıran “Liverpul” klubu heyətinə yeni futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, "mersisaydlılar” “Nyukasl”dan Corcinyo Veynaldumu transfer ediblər.
Premyer Liqa klubu 26 yaşlı yarımmüdafiəçinin keçidinə görə 30 milyon avro xərcləyib.
Veynaldumla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində “Feyenord” və PSV klublarının da formasını geyinmiş Veynaldum 2011-ci ildən Hollandiya yığmasının da üzvüdü.