Bu gün Ağdam şəhərinin işğalından 23 il ötür. Futbolinfo.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün baş tutan məşqdən sonra Ağdamın işğalında, eləcə də Qarabağ döyüşlərində, Xocalı faciəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsini yad etmək məqsədilə Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı Abidəsini ziyarət edib.
Abidə önünə gül dəstələri qoyulub, xatirə şəkili çəkdirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!