Stanislav Namaşkonun gedişindən sonra qapı xəttində ciddi problem yaşayan AZAL bu çatışmazlığı aradan qaldırıb. Futbolinfo.az saytının məlumatına görə, Şüvəlan klubu Azərbaycan milli komandasına ara-sıra dəvət alan Aqil Məmmədovla münasibətlərini rəsmiləşdirib.
Razılaşmaya əsasən, Məmmədov qış fasiləsinə qədər AZAL-ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, son olaraq "Neftçi"də oynamış Aqil "Bakı" klubunun yetirməsidir.