Futbol üzrə Azərbaycan çempionatının I divizionunun limitində dəyişiklik olub. Futbolinfo.az saytının məlumatına görə, ötən il tətbiq olunan 6+5 limiti qüvvədən düşüb.

2016/2017 mövsümündə limit 6+4+1 kimi qəbul olunacaq. Belə ki, əsas heyətdə 6 legioner, 4 yerli yaşlı və 1 gənc (1994) oyunçunun meydançaya çıxmasına icazə veriləcək. Bunu 10+1 kimi də qələmə vermək olar. Belə ki, legioner xidmətindən istifadə etmək istəməyən klublar 10 yaşlı futbolçuya etimad göstərə bilərlər.

Təbii ki, bu, hələ rəsmi qərar deyil. Limitin dəyişəcəyini Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamışdı. Ancaq bunun üçün AFFA İcraiyyə Komitəsinin rəsmi qərarı olmalıdı və hələlik belə bir şey yoxdu. Görünür, AFFA prezidenti Rövnəq Abdullayevin dəyişikliyə razılıq verməsi bu məsələdə həlledici faktordu. Tezliklə İK bir araya gəlib, Abdullayevin razılıq verdiyi, Musayevin isə planlaşdırdığı limit dəyişikliyini rəsmiləşdirəcək.

Shares: