Avropa Liqasının növbəti mərhələsində “Lill” ilə qarşılaşacaq “Qəbələ”nin səfər planı məlumdu. “Qara-qırmızılar” Fransaya iyulun 26-da yollanacaq.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz ilk oyuna çarter reysi ilə yollanmayacaq. Qiymətlər çox baha olduğundan əyalət klubu səfərə adi reyslə uçmağı lazım bilib. Bu səbəbdən təmsilçimiz çərşənbə axşamı günorta saatlarında yola düşəcək.

“Qəbələ” Fransada qalacağı oteli də müəyyənləşdirib. Amma rəsmi müqavilə bağlanmadığından hələ ad açıqlanmır.

Shares: