UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk matçın hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, iyulun 21-də Bakıda Macarıstanın MTK klubuna qarşı keçirilən ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasının (2:0) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 23-də bərpa edib.
Bakıda baş tutan məşq prosesində futbolçular fiziki hazırlıq üzərində çalışıblar. Komanda növbəti məşqini bu gün gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq toplu çalışmalardan ibarət olub.
Xatırladaq ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” – “Qəbələ” görüşü Lill şəhərinin “Stad Pyer Morua” stadionunda baş tutacaq. İyulun 28-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.