“İnter”in baş məşqçisi Zaur Svanadze Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Gənclərbirliyi” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis 4:0 hesablı qələbəni belə şərh edib:

"Bu gün “Gənclərbirliyi”nin ikinci komandası ilə qarşılaşdıq. Biz də özlərini göstərmək üçün gənclərə imkan verdik. Gənclərin sərgilədikləri oyundan razı qaldıq. Qalib gəldik, uşaqlar normal oynadılar. Odur ki, sabah “Kolheti Poti” ilə keçiriləcək oyuna hazırlaşacağıq".

Shares: