19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Almaniyada keçirilən Avropa çempionatına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Fransa və İtaliya yığmaları qarşılaşıb.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun 4:0 hesabıyla fransızların xeyrinə başa çatıb. O, bu görüşdə 7 sarı vərəqə göstərib. Bunlardan ikisi fransızlara, beşi isə italiyalı futbolçulara göstərilib.

Qeyd edək ki, Ağayev bu AÇ-də daha öncə İtaliya – Avstriya (1:1) və İngiltərə – Xorvatiya (2:1) oyunlarının da baş hakimi olmuşdu.

Shares: