Ötən mövsümü icarə əsasında “Neftçi”də keçirən Aylton Silva özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, brazilyalı oyunçu bundan sonra Portuqaliyanın “Eştoril” klubunun şərəfini qoruyacaq.
 
“Fluminensie”yə məxsus müdafiəçi növbəti mövsümü də icarədə keçiriəcək. O, bakılılarla maliyyə məsələsində anlaşa bilmədiyindən vətəninə qayıtmışdı. Amma Braziliya təmsilçisi cinah oyunçusunu növbəti dəfə Avropa klubuna göndərib.
 
Qeyd edək ki, ötən yay “Neftçi”yə qoşulan Aylton avrokuboklarda bu mövsüm iştirak edə bilmədi. O, keçən mövsüm aldığı qırmızı vərəqə üzündən 4 oyunu buraxmalı idi. Bakılılar həm də bu səbəbdən onunla müqaviləni yeniləmədi. Futbolçunun Premyer Liqada 31 oyuna 3 dəfə fərqləndiyini də xatırladaq.
Shares: