Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, bakılıların rəqibi Gürcüstanın "Kolheti Poti" komandası olacaq.
Oyun Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Qeyd edək ki, "İnter" bundan öncəki sınaq matçlarını Türkiyə klublarına qarşı keçirmişdi. Öncə "Kasımpaşa"ya 2:1 hesabıyla qalib gələn bakılılar ardından "Elazığspor"la bərabərə qalmışdılar – 0:0. Ötən gün isə paytaxt klubu "Gənclərbirliyi"n 4 cavabsız qolla qalib gəlmişdi.
Gürcüstan klubuna qarşı yoxlama oyunu ilə təlim-məşq toplanışına yekun vuracaq "İnter" sabah səhər saatlarında vətənə qayıdacaq.