UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıran “Kəpəz” sabah məşqləri bərpa edəcək. Futbolinfo.az xəbər verir ki, komandaya beş günlük istirahət verilmişdi.
“Sarı-göylər” Premyer Liqanın növbəti mövsümünə hazırlığı Bakıda keçirəcək. Gəncə təmsilçisinin iyulun 26-na olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Hazırlıq prosesi saat 20:00-da başlayacaq.