“Xəzər Lənkəran” fəaliyyətini dondurduqdan sonra işsiz qalan Elbrus Məmmədov yenidən sevimli peşəsinə qayıtmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı yeni mövsümdən 1-ci divizion klubu “Mil Muğan”ı çalışdıra bilər. 

Əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub və razılıq əldə edilib. Bu izdivacın alınıb-alınmayacağı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Məmmədov ötən mövsüm qış fasiləsindən sonra “ağ-yaşıllar”a rəhbərlik edirdi.

Shares: