“Rəvan”ın sabiq futbolçusu Şeriff Suma karyerasını ABŞ-da davam etdirəcək. Bu barədə futbolinfo.az saytına Sierra Leone millisinin üzvü özü məlumat verib.
Ötən ilin dekabrında Bakı klubundan ayrılan Suma MLS Liqada mübarizə aparan “DC Yunayted” klubu ilə anlaşıb. Sözləşmənin müddətdi 1 ildir.
Qeyd edək ki, afrikalı sol cinah müdafiəçisi 2011-12 və 2015-ci illərdə “Rəvan”da çıxış edib.