“Qəbələ”nin əvəzediciləri mövsümlərarası hazırlıq prosesini başa vurub. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda baş tutan təlim-məşq toplanışını sonuncu yoxlama matçı ilə yekunlaşdırıb. 

Hüseynqulu Quliyevin yetirmələri Qəbələdə “Ağsu” ilə görüşüb. “Qəbələ” qarşılaşmanın ilk hissəsində 2 qol vuraraq, hesabda önə keçib. I divizion təmsilçisinin qapısından hər iki topu Ravil Yusifli keçirib. “Ağsu” yalnız bu qollardan birinin əvəzini çıxa bilib – 2:1. 

Beləliklə, "Qəbələ"nin əvəzediciləri toplanışı qələbə ilə başa vurub. Hazırlıq prosesinin 2-ci mərhələsindən sonra futbolçulara iki günlük istirahət verilib. Komanda avqustun 1-də bir araya gələcək.

Xatırladaq ki, “Qəbələ” yeni mövsümə “Kəpəz”lə ev matçı ilə start verəcək. Əvəzedicilərin oyunu avqustun 7-də keçiriləcək.

Shares: