“Qarabağ”la cavab oyununa hazırlığı davam etdiririk. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Roman Pivarnik deyib.
 
Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 2-də Çexiya təmsilçisi ilə cavab matçına çıxacaq. “Viktoriya”nın rəsmi saytına açıqlama verən Pivarnik bu görüşlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Plzendəki matçdan fərqli, Bakıdakı görüşdə onlara sərf edən nəticəyə nail olacaqlarına inanır: 
“İstəyirəm ki, futbolçularım ilk matça necə yanaşırdılarsa, bu görüşə də elə yanaşsınlar. Ancaq bu dəfə sonluğu yaxşı gətirmək lazımdı. Futbolda rəqibi qiymətləndirməmək olmaz. “Qarabağ”la oyunlar arasında fasilə kifayət qədər oldu. Matç günündə futbolçular tam hazır olacaqlar. Heyətdə ciddi dəyişikliklər gözlənilmir”.
Shares: