Portuqaliyanın "Tondela" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası bu dəfə Portuqaliyanın aşağı divizion təmsilçisi "Mortaqua" klubu ilə qarşılaşıb.
Oyun "Tondela"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Cəfərov da bu görüşün iştirakçısı olub. O, həm də komandasının 4-cü qoluna imza atıb. Hansı ki, bu, futbolçumuzun Portuqaliya klubunun heyətində vurduğu ilk qoldur.