Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çexiyanın "Viktoriya" klubu arasında keçiriləcək cavab matçının biletləri iyulun 30-dan etibarən satışa çıxarılıb. Futbolinfo.az xəbər verir ki, ilk gündəcə 9 000 bilet satılıb.
Bilet satışı sabah saat 10:00-dan etibarən davam edəcək.
Qeyd edək ki, həm havaların isti keçməsinə, həm də oyuna maraq böyük olduğuna görə, kassalar axşam saat 20:30-a qədər işləyəcək. Öncədən, kassaların 20:00-a kimi işləyəcəyi bildirilirdi.
Qısa zamanda kassaya yaxınlaşıb bilet almağınız daha uyğundur. Qarşılaşmaya olan marağı nəzərə alaraq biletlərin erkən tükənmə ehtimalı yüksəkdir.