Növbəti mövsümə hazırlaşan Türkiyənin "Qalatasaray" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə nəhəngi "Mançester Yunayted"lə qarşılaşıb.
Görüş ingilislərin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı mançesterlilərin bu yay transfer etdiyi ulduz futbolçu Zlatan İbrahimoviç açıb. "Sarı-qırmızılar" bu qoldan sonra iki qol vuraraq hesabda önə keçsələr də, qalan dəqiqələrdə daha 4 top buraxaraq meydanı məğlub tərk ediblər.