"Qəbələ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, Fransanın “Lill” klubu ilə iyulun 28-də səfərdə keçirilən ilk qarşılaşmanın (1:1) ardından məşqlərinə bir günlük ara verən “qırmızı-qaralar” Bakıdakı oyunun hazırlığına iyulun 30-da başlayıb.
Roman Qriqorçukun yetirmələri məşq prosesində iki qrupa bölünüblər. Fransadakı matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər. “Qırmızı-qaralar” növbəti məşqini bu gün gerçəkləşdirəcək. Bakıda hazırlıq keçən komanda günün ikinci yarısında bir araya gələcək.
Xatırladaq ki, “Qəbələ” – “Lill” oyunu avqustun 4-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.