Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlığı Bakıda davam etdirən "İnter" bu gün daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Bakı Olimpiya Stadionunun yardımçı meydançasında birinci divizion təmsilçisi "Qaradağ Lökbatan" ilə qarşılaşıb. Oyun 2:0 hesabıyla elita klubunun xeyrinə başa çatıb.
"İnter"in heyətində Rauf Əliyev və Adrian Skarlatake fərqləniblər.