Futbol üzrə Ukrayna çempionatında 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Dnepr" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Start heyətdə meydana çıxan Paşayev bu dəfə də 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Stal" iki turdan sonra 1 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.

Shares: