Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Fulhem”də baxışdan uğurla keçib.

Bir neçə gün öncə Çempionşip təmsilçisinin düşərgəsinə qoşulan İsrafilov komandada qalmaq üçün baxış müddətində özünü yaxşı tərəfdən göstərməli idi. Eddi bunu bacardığından, onunla rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, İsrafilov qarşıdakı 4 ili “Fulhem”in heyətində keçirəcək.

Bu transferə görə ingilislər 200 min avrodan keçməli olublar. Lakin müqavilədəki bəndə əsasən, “Fulhem” növbəti mövsüm Premyer Liqaya vəsiqə qazana bilsə, həmin məbləğ ikiqat artırılacaq.

“Mursiya”nın yetirməsi olan Eddi buna qədər müxtəlif klublarda – “Qranada”, “Eybar” və “Kordoba”da icarə əsasında çıxış edib. Son olaraq, “Kordoba”da oynamış xavbek Sequndada 14 matçda iştirak etsə də, qol hesabını aça bilməmişdi.

Qeyd edək ki, İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan yığmasında 5 oyun keçirib.

Shares: