Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” sabah Bakıda Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu matça rəqib azarkeşlərin də marağı var.

Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə, qarşı tərəf onlardan 200 bilet istəyib. Bundan başqa, oyunu işıqlandırmaq üçün Çexiyadan 7 jurnalistin də ölkəmizə gələcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən matç sabah saat 20:30-da Tofiq Bəhramov adına Respubilka stadionunda keçiriləcək.

Shares: