Sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Viktoriya" Azərbaycana səfərə çıxıb. Futbolinfo.az xəbər verir ki, plzenlilər Bakı vaxtı ilə 10:00-da paytaxt Praqadan Vatslav Qavel adına hava limanınından yola düşüblər.
“Viktoriya”nı 4 saatlıq uçuşdan sonra Azərbaycanda olacağı gözlənilir. Qonaq komandanı Heydər Əliyev Hava Limanında “Qarabağ”ın nümayəndələri qarşılayacaqlar.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı 20:30-da start götürəcək.