"Bilirik ki, “Qarabağ” öz meydanında uduzmur. Amma biz yaxşı oynamalı, ilk növbədə qol vurmalıyıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Viktoriya”nın futbolçusu Radim Reznik deyib.
 
Plzen təmsilçisinin müdafiəçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”la keçiriləcək matç barədə fikirlərini bildirib. Klubun rəsmi saytına danışan Reznik Bakıdakı qarşılaşmada sərfəli nəticə əldə etmək istədiklərini söyləyib: 
"Evdəki oyunda daha (0:0) çox rəqibin cərimə meydançası həndəvərində top saxladıq, lakin xeyli qol vəziyyəti yaratsaq da, fərqlənə bilmədik. Bəlkə də, bunu reallaşdırmağa ustalıq səviyyəmiz çatmadı. Problemi aradan qaldırsaq, qol vurmaq şansımız daha da çox olacaq”.
Shares: