“Zirə” ilə oyunda istədiyimiz nəticə qeydə alınmadı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Göztəpə” klubunun baş məşqçisi Okan Buruk deyib.
Sabiq “Qalatasaray”lı Türkiyə mətbuatına açıqlamasında Bolu toplanışı çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu xatırlayıb. Buruk 1:1 hesabı ilə nəticələnən görüş barədə bunları deyib:
“Hazırlıq prosesi çox yaxşı keçdi. Azərbaycanın “Zirə” komandası ilə oyunda 1:1 hesablı heç-heçə etdik. Həmin görüşdə istədiyimiz hesaba nail olmasaq da, oyunçularımın istəyi, arzusu, meydandakı çıxışından razı qaldım. “Zirə” ilə qarşılaşmadan sonrakı yoxlama matçlarında oyunumuzu bir qədər də yaxşılaşdırmalıyıq. Yeni komanda olduğumuz üçün futbolçuların bir-birlərini tanıması başa çatdı. Çempionatın startına kimi tam hazır olacağıq”.
Qeyd edək ki, futbolçu karyerasında “Qalatasaray”la yanaşı, “Beşiktaş” və “İnter” (İtaliya) kimi klubların da formasını geyinmiş Okan Buruk “Göztəpə”ni bu ildən çalışdırır.
Qeyd edək ki, futbolçu karyerasında “Qalatasaray”la yanaşı, “Beşiktaş” və “İnter” (İtaliya) kimi klubların da formasını geyinmiş Okan Buruk “Göztəpə”ni bu ildən çalışdırır.