“Bakıdakı oyunda hər iki komanda qol vurmalıdı. Mərhələ keçmək üçün tək bizə deyil, “Qarabağ”a da qol lazımdı”. Futbolinfo.az xəbər verir k, bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik deyib.

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Çexiya təmsilçisinin baş məşqçisi sabah Bakıda baş tutacaq qarşılaşma haqda fikirlərini açıqlayıb: 

“Təbii ki, meydan sahibləri evdə oynadığından qol buraxmamaq haqda da daha çox düşünəcəklər. Bütün bunları nəzərə alıb, pley-off şanslarının bərabər olduğunu deyərdim. Azərbaycanda bizim cari mövsümdəki avrokubok taleyimiz həll olunacaq. Biz bu addımı atıb, çıxışımızı Çempionlar Liqasında davam etdirməliyik”.
 
Qeyd edək ki, iyulun 26-da Plzendə keçirilən qarşılaşmada 0:0 hesabı qeydə alınmışdı.

Shares: