Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Hesabat turu həm də Təbriz derbisi ilə yadda qalıb. Belə ki, "Maşinsazi" doğma meydanda Cənubi Azərbaycan paytaxtının digər təmsilçisi "Göstəriş"i qəbul edib. Qarşılaşmada hesab açılmayıb – 0:0.
Maraqlıdır ki, Təbrizin ən məşhur klubu "Traktorsazi" də turu qolsuz heç-heçə ilə başa vurub. Bu komanda səfərdə "Sanat Naft"ın müqavimətini qıra bilməyib – 0:0.
İki turdan sonra "Maşinsazi" 4 xalla 3-cü pillədə qərarlaşıb. "Traktorsazi" və "Göstəriş" isə hərəyə iki xalla müvafiq olaraq, 7 və 10-cu pillədə qərarlaşıb.