İsveç çempionatında 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yurqorden"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1. Start heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə oynayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 21 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.