Futbol üzrə Argentina millisinin yeni baş məşqçisinin adı bəlli olub. Futbolinfo.az xəbər verir ki, Amerika kubokunun finalındakı məğlubiyyətdən sonra Xerardo Martino ilə yollarını ayıran cənubi amerikalılar bu posta Edqardo Bausanı gətirib.
56 yaşlı çalışdırıcı ilə müqavilənin detalları açıqlanmasa da, onun qarşısını millini DÇ-2018-ə daşımaq vəzifəsi qoyulduğu məlum olub. Məşqçilik karyerasında Argentina, Peru və Ekvadorun bir sıra klublarını çalışdıran Bausanın son komandası Braziliya “San-Paulu”sudu.
Qeyd edək ki, futbolçu karyerasında Argentina millisində oynamış müdafiəçi DÇ-1990-nın gümüş mükafatçısıdı.